"Neftçi"yə qarşı yaxşı oyun oynayıb, xal qazandıq" - MÜSAHİBƏ

11:00 - 21 Avqust 2021

“Qəbələ”nin monteneqrolu futbolçusu Stefan Vukçeviç Sportal.az saytına müsahibə verib:

- Premyer Liqanın ilk turunda, “Neftçi” səfərində 2:2 oynamağı bacardınız. Bu matçdan sonra özünəinam, atmosfer daha yaxşı durumdadı?
- Bəli, biz ötən mövsümün çempionuna qarşı yaxşı futbol oynayıb, yaxşı nəticə qazandıq. Ki, bu da bizi sevindirir. Komandada əla atmosfer var. Bu da çox vacib məqamdı. Hər şey yaxşıdı, əminəm ki, digər oyunlardakı nəticəmizə də təsir edəcək.

- Bu gün komanda ikinci tur çərçivəsində “Keşlə” ilə üz-üzə gələcək. Necə düşünürsən, evdə bu komandanı məğlub edə biləcəksiz?
- Əlbəttə, “Keşlə”yə qalib gələcəyimizə inanıram. Biz bu matça yalnız qələbə üçün çıxacağıq. Çünki azarkeşlərimizi sevindirmək niyyətindəyik.

- Artıq bir mövsümdür ki, Azərbaycandasan. Ötən mövsüm də “Keşlə”yə qarşı oynamışdın deyə, onları yaxşı tanıyırsan. Bu komanda barədə hansı fikirdəsən?
- “Keşlə” yaxşı komandadı. Onların ötən turda “Sumqayıt”a məğlub olması heç nə demək deyil. Onların hörmətlə yanaşılası komandası var. Amma biz öz komandamızla maraqlanırıq. Ümidvaram ki, bu gün əla oyun oynayaraq, mövsümdə ilk qələbəmizi qazanacağıq.

- Hazırda “Qəbələ”nin heyətində yeni oyunçular var. Səncə, bu mövsüm daha güclü kollektivə maliksiniz, yoxsa necə?
- Baş məşqçi işinin öhdəsindən əla gəlir. O, bizə heç bir təzyiq göstərmir. Çünki oyundan-oyuna artırmağı düşünürük. İnanıram ki, belə də olacaq. 

- Səncə, komanda bu mövsümün sonunda avrokuboklara vəsiqə qazana biləcək?
- Bütün səmimiyyətimlə deyirəm və ümidvaram ki, “Qəbələ” ötən mövsümlə müqayisədə, bu mövsüm daha yaxşısını göstərəcək.

Xəbər xətti