"Mançester Siti" müdafiəçisini transferə çıxardı

17:47 - 22 Avqust 2021

"Mançester Siti" İspaniya millisinin üzvü Aymerik Laporu transferə çıxarıb.

 

Sportal.az "Daily Mail"ə istinadla xəbər verir ki, "şəhərlilər" 27 yaşlı müdafiəçini 70 milyon avroya satmağı planlaşdırır. Mançester təmsilçisi sərfəli təklif alsa, futbolçunu yola salacaq.

 

"Mançester Siti" Laporu 2018-ci ildə Bilbao "Atletik"indən 65 milyon avroya transfer edib.

Xəbər xətti