"Bavariya" milli üzvü ilə yeni müqavilə imzaladı

11:44 - 23 Avqust 2021

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçsi yarımmüdafiəçi Coşua Kimmixlə "nikah təzələyib". Almaniya milli komandasının üzvü ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kimmix "Bavariya"ya 2015-ci ildə "Leypsiq"dən transfer olub. 26 yaşlı futbolçu münhenlilərin heyətində meydana çıxdığı 264 oyunda 30 qol vurub.

Xəbər xətti