Fransalı qapıçı "Tottenhem"in tarixinə düşdü

15:58 - 23 Avqust 2021

"Tottenhem"in qapıçısı Uqo Loris adını klubun tarixinə yazdırıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı qolkiper buna Premyer Liqanın 2-ci turunda keçirilən "Vulverhempton"la matçda nail olub. O, həmin görüşdə iştirak etməklə London təmsilçisinin heyətində çıxdığı matçların sayını 300-ə çatdırıb. Bununla da fransalı oyunçu klubun keçmiş yarımmüdafiəçisi Darren Andertonun rekordunu yeniləyib - 299 görüş.

 

Qeyd edək ki, Loris 2012-ci ildə "Lion"dan "Tottenhem"ə transfer olub.
 

Xəbər xətti