"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın 2-ci turunda "Sauthempton"la səfərdə heç-heçə etdikləri oyundan (1:1) sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, norveçli mütəxəssis hakimlərin qərarlarından narazılıq edib:
"Qol buraxana qədər axmaq futbol oynadıq. Belə bir matçda qalib gələcəyimizi hiss edirdik. Mən futbolçu olduğum zaman qeydə alınan cərimə zərəbləri indi yoxdur. Qərarlar bəzən komandamın əlehinə olur. Oyunçularımı təpikləyirlər, hakim də buna göz yumur. Əgər hakimlərin getdiyi yol budursa, deməli, bu mövsüm çox futbolçumuz zədələnəcək. Rəqiblər təpikləyir, hakimlər göz yumur. Ümid edirəm ki, hakimlər bundan sonra diqqətli olacaqlar. Çünki onlar həddən artıq mübahisəli qərarlar verirlər".
saytlarin hazirlanmasi