"Aberdin" - "Qarabağ" oyununu canlı yayımlayacaq kanal müəyyənləşdi

12:42 - 24 Avqust 2021

"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Aberdin"lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Şotlandiyada keçiriləcək qarşılaşmanı canlı yayımayacaq televiziya kanalı müəyyənləşib. Bu görüş İdman Azərbaycan telekanalı vasitəsilə birbaşa yayımlanacaq. Bu bərədə "Qarabağ"ın tvitter səhifəsi məlumat yayıb.

 

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" oyunu 26 avqust tarixində  Bakı vaxtilə 22:45-də baş tuatacaq.

 

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti