APOEL-in futbolçusu: "Ola bilər ki, ölkənizə gəldim"

13:39 - 24 Avqust 2021

“Bəli, “Qəbələ”dən təklif almışam”.

Bu sözləri Sportal.az saytına açıqlamasında APOEL-in futbolçusu Omar Hani deyib.

Hazırda APOEL forması geyinən iordaniyalı futbolçu “Qəbələ”nin formasını geyinməyə yaxındı. Ötən mövsümü icarə əsasında “Olimpiakos”(Nikosiya) klubunda keçirən yarımmüdafiəçi “Qəbələ”də oynamağa hazır olduğunu dilə gətirib.

​Saytımıza danışan gənc futbolçu bunları deyib: “Ola bilər ki, “Qəbələ”də oynamaq üçün ölkənizə gəldim. Amma düzünü deyim ki, Azərbaycan futbolu haqda çox da geniş məlumata sahib deyiləm. “Qəbələ” bu mövsüm çempionata da yaxşı başlayıb. İki tur sonra 4 xal yaxşı başlanğıcdı. “Qəbələ”yə gəlməyə hazıram. Necə olacağını zaman göstərəcək”.

Xəbər xətti