Hakim oyunu səhvən saxladı, üzr istədi - VİDEO

14:32 - 24 Avqust 2021

Danimarka I Divizionunda oyun zamanı hakim səhvən fit çalıb və hücumu dayandırıb.

 

Sportal.az xəbər verir ki, "Vendsissel FF" - "Frederisia" oyununun hakimi Nils Heer səhvən fit çaldığına görə çox peşman olub və meydanda diz çökərək oyunçulardan üzr istəyib. Belə ki, hakim oyunu dayandırmaqla potensial qolun qarşısını da alıb. 

 

Oyunçular isə öz növbəsində hakimin bu səhvini anlayışla qarşılayıb.

 

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Xəbər xətti