"Liverpul"da 5 illik müqavilə

17:24 - 24 Avqust 2021

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sol cinah müdafiəçii Endryu Robertsonla yeni sözləşmə imzalayıb. Müqaviləyə əsasən Şotlandiya millisinin üzvü 2026-cı ilin yayınadək "qırmızılar"ın şərəfini qoruyacaq.

 

27 yaşlı futbolçu imza mərasimində klubun rəsmi saytına açıqlama verib. O, "Liverpul"da qaldığı üçün xoşbəxt olduğunu deyib:

 

"Bu klubda mümkün qədər uzun müddət qalmaq istəyirəm. Mən və ailəm burada xoşbəxtik. "Liverpul"la bağlı hər şeyi sevirik və bu macəranın davam etməsindən məmnunam".

 

Qeyd edək ki, Robertson "Liverpul"a 2017-ci ildə "Hall Siti"dən transfer olub. Təcrübəli müdafiəçi meydana çıxdığı 177 oyunda 5 qol vurub, 37 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti