Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası evdə “Vegberq Beek” ilə qarşılaşıb və qalib gəlib - 2:0.
Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu 68-ci dəqiqədə məhz Dadaşov vurub.
“Şalke-2” 7 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi