Məşhur futbolçu həbs oluna bilər

16:05 - 9 Sentyabr 2021

Almaniya milli komandasının sabiq futbolçusu Jerom Boatenq həbs oluna bilər.

 

Sportal.az xəbər verir ki, "Lion"un 33 yaşlı müdafiəçisi bu gün məhkəmə qarşısına çıxacaq.

 

Boatenq keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Qadını döydüyü iddia olunan Boatenq 5 il müddətinə həbs oluna bilər.

Xəbər xətti