"Herta"nın futbolçusu Kevin-Prins Boatenq qardaşı Jerom Boatenqin həyat yoldaşına şiddət göstərdiyi üçün 1,8 milyon avro təzminat cəzası almasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Jeromdan uzaq durduğunu və onunla problemlərinin olduğunu bildirib:
"Həyatım boyu qardaşımdan uzaq gəzmişəm. Onunla anlaşmırdıq. Qadına şiddət? Buna nifrət edirəm! Onlar sevilməyə layiqdirlər, xanımlara sevgimizlə yaxınlaşmalıyıq, şiddətlə deyil. Almaniyada qaydalara hörmət edirəm və bunlara əməl edirəm. Bundan sonra da qardaşımla münasibətim dəyişməyəcəm və onunla maraqlanmayacam".
Kevin-Prins Boatenq və Jerom Boatenq eyni qanalı ataya sahibdirlər, ancaq fərqli alman qadından dünyaya gəliblər. Hər iki qardaş Berlində böyüyüb. Kevin Qana, Jerom isə Almaniya millisini seçib. Jerom Boatenq "Lion"da, Kevin-Prins Boatenq isə "Herta"da çıxış edir.
Jerom Boatenq həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunub və 1,8 milyon avro təzminat cəzası alıb. Qadını döydüyü iddia olunan Boatenq 5 il müddətinə həbs oluna bilər. 2014-cü ildə Almaniya ilə dünya çempionu olmuş futbolçu uşaqlarının anasına qarşı zorakılıq etmədiyini bildirsə də, Münhen məhkəməsi buna inamayıb və araşdırmalar davam edir.
Futbolçunun xanımı Kasia Lenhardt ötən il evində ölü tapılmışdı.
saytlarin hazirlanmasi