Marko Roys: "Hər oyun 3-4 qol vura bilmərik"

19:00 - 12 Sentyabr 2021

Dortmund "Borussiya"sının kapitanı Marko Roys Bundesliqanın 3-cü turunda səfərdə "Bayer"ə 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu bunları deyib:

 

"İrəli xəttdə Erlinq Holanddan asılıyıq. Bu, məni narahat edən amildir. Çünki, hər oyunda 3-4 qol vura bilmərik. Çox qol vururuq, eləcə də çox qol buraxırıq. "Bayer"i çətin məğlub etdik, çünki çox yorulduq".

Xəbər xətti