Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovskiyə "Qızıl buts" mükafatı təqdim olunub.
Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçu 2020/2021 mövsümündə "Bavariya" forması ilə Bundesliqada meydana çıxdığı 29 oyunda 41 qola imza atıb. O, Lionel Messi (30) və Kriştiano Ronaldonu (29) qabaqlayıb.
Qeyd edək ki, "Qızıl buts" mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir.
saytlarin hazirlanmasi