Kyeza "Borussiya"nın hədəfində

18:18 - 24 Sentyabr 2021

Müqavilə ilə "Fİorentina"ya məxsus, icarə əsasında "Yuventus"da çıxış edən Federiko Kyeza "Borussiya"nın hədəfindədir.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi gələn yay komandadan ayrılacağı gözlənilən Erlinq Holandın əvəzinə bir neç futbolçu almağı planlaşdırır və onlardan biri də İtaliya millisinin üzvüdür. Bu keçidin dortmundlulara azı 70 milyon avroya başa gələcəyi gözlənilir.

 

Kyeza İtaliya millisi ilə Avropa çempionluğu yaşayıb. 23 yaşlı vinger ötən mövsüm İtaliya A Seriyasında keçirdiyi 33 oyunda 9 qol vurub, 9 məhsuldar ötürmə edib.

Xəbər xətti