Yayda "Bayern"dən "Real"a keçən David Alaba açıqlama verib.
Sportal.az xəbər verir ki, Avstriya millisinin üzvü bunları deyib:
"Bəli, "Real"ın emblemini öpdüm, amma bu, "Bayern"i sevmədiyim mənasına gəlməməlidir. Mənim "Real"a gəlişim xüsusi an idi. Həyatımda yeni addım idi. Bu addımla "Bayern" azarkeşlərinin qəlbini qırmaq fikrim olmayıb. Orada 13 möhtəşəm il keçirtdim. Münhen daim ikinci evim olub. Onlara çox minnətdaram".
29 yaşlı futbolçu yayda "Real"la müqavilə bağlayıb və imza mərasimində Madrid təmsilçisinin emblemini öpüb.
saytlarin hazirlanmasi