"Bayern"in hücumçusu Robert Levandovski ilin ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top" mükafatı barədə danışıb.
Sportal.az xəbər verir ki, polşalı hücumçu bu mükafata layiq olduğunu deyib:
"Millidə və ya klubda keçirdiyim hər uğurlu oyun bu mükafata məni daha da yaxınlaşdırır. Son iki mövsümdə çox titul qazandım. Bu uğurlarla "Qızıl top"a layiq olduğu da göstərdim. Bunu qazanmaq mənim üçün şərəf olardı. Namizədlər arasında olmaq qürurvericidir. Ümid edirəm ki, səsvermədə siyasi maraqlar olmaz və ədalətli səsvermə olacaq".
33 yaşlı futbolçu ötən mövsüm Avropada ən çox qol vuran futbolçu olub və "Qızıl buts" mükafatına sahib olub.
saytlarin hazirlanmasi