Babel: "Bundesliqaya getdiyim üçün peşmanam"

18:47 - 15 Oktyabr 2021

"Qalatasaray"ın vingeri Rayan Babel açıqlama verib.

 

Sportal.az xəbər verir ki, niderlandlı futbolçu karyerasının ən böyük səhvindən danışıb:

 

"Liverpul"da Rafael Benites və Kenni Dalqlişin rəhbərliyi ilə 4 il keçirdim. Getdikcə oyun ritmindən düşürdüm və ayrılmaq zamanı gəldiyini hiss edirdim. Artıq yığmada da yerimi itirməyə başlayırdım və buna görə daha çox oynayacağım yerə getməli idim. Yenidən yüksəliş əldə etmək üçün "Hoffenhaym"a keçdim. Ancaq Bundesliqa klubuna keçdiyim üçün peşmanam. Premyer Liqa ilə Bundesliqa çox fərqlidir. Almaniyadakı karyeram uğurlu olmadı".

 

34 yaşlı futbolçu 2011/12 mövsümündə "Hoffenhaym"da çıxış edib.

Xəbər xətti