"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, 34 yaşlı mütəxəssis vaksin olunmasına baxmayaraq onun Covid-19 testinin nəticəsi pozitiv çıxıb. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqasında "Benfika" ilə oyun üçün Portuqaliyada olan Naqelsmann komandadan ayrı olaraq Münhenə qayıdacaq və orada ev təcridinə keçəcək.
Qeyd edək ki, "Bavariya" dünən Çempionlar Liqası qrup mərhələsinin 3-cü turunda "Benfika"nı 4:0 hesabı ilə məğlub edib. Naqelsmann həmin oyunda komandasının yanında olub.
saytlarin hazirlanmasi