Ayaz oynadı, "Arsenal" uduzdu

Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” səfərdə “Rostov”la qarşılaşıb. Matç Tula təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Quliyev də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.

 

“Arsenal” geridə qalan 12 turda 12 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Tarix: 24 Oktyabr [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio