Holand ilin sonuna qədər oynamaya bilər

23:53 - 25 Oktyabr 2021

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland 2021-ci ili erkən başa vura bilər.

 

Sportal.az xəbər verir ki, budundan zədə alan norveçli hücumçunun ilin son aylarını buraxmaq ehtimalı vae. Komandanın baş məşqçisi Marko Roze hücumçunun zədəsinin daha ciddi olduğunu bildirib. Mütəxəssis hələ 21 yaşlı oyunçunun nə vaxt qayıdacağına əmin olmadığını söyləyib.

 

Holand bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 10 matçda 13 qol vurub.

Xəbər xətti