Hacıyevlə 25-ci qələbə

“Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında Premyer Liqada 25-ci qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, bu, VIII turun “Qarabağ”la ev matçına təsadüf edib. Bakı klubu “ASCO Arena”da 3:1 hesablı qələbə qazanıb.

 

Bu, Hacıyevin rəhbərliyi altında baş tutan 84-cü qarşılaşmaya təsadüf edib. 2018-ci ilin yayından “Səbail”ə rəhbərlik edən mütəxəssis 4-cü mövsümündə qələbə sayını 25-ə çatdırıb. Onun yetirmələri 2018/19 mövsümündə 12, növbəti iki çempionatın hərəsində 5 dəfə qalib gəlib. Cari mövsümün 3-cü qələbəsi baş məşqçi üçün 25-ci olub.

 

Bu qələbə ilə “Səbail” iki uğursuz seriyaya da son qoyub. Bakılılar ardıcıl 4 məğlubiyyətdən sonra meydanı üç xalla tərk edib. Hacıyevin yetirmələri III turun “Sumqayıt”la sentyabrın 11-dəki görüşündən (1:0) sonra xala həsrət idi.

 

Həmçinin, paytaxt təmsilçisi texniki qələbə nəzərə alınmamaqla, ilk dəfə “Qarabağ”a qalib gəlib. Bu, rəqiblərin 17-ci duelinə təsadüf edib ki, əvvəlki 16 matçdan birində texniki qələbə bakılılara verilib. Hacıyev Azərbaycan çempionatları tarixində 25 və daha çox qələbə qazanan 44-cü baş məşqçidir.

Tarix: 26 Oktyabr [12:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Noyabr 2021
26  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio