Almaniya milli komandasının bu gün baş tutmalı olan məşqi təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna səbəb bir futbolçunun Covid-19 testinin nəticəsinin pozitiv çıxmasıdır. Testi müsbət olan oyunçunun adı açıqlanmayıb. Almaniya mtbuatının məlumatına görə isə, bu, "Bavariya"nın müdafiəçisi Nikolas Süledir.
Qeyd edək ki, Almaniya milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-i Lixtenşteynlə,14-ü isə Ermənistanla qarşılaşacaq.
saytlarin hazirlanmasi