Almaniya millisində ciddi itki: heyətdən kənarlaşdırıldı

11:20 - 11 Noyabr 2021

DÇ-2022-nin oyunlarına hazırlaşan Almaniya milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Bundestimin yarımmüdafiəçisi Yulian Draksler zədələnib. Əzələsindən xəsarət alan 28 yaşlı futbolçu heyətdən kənarlaşdırılıb.

 

Qeyd edək ki, Almaniya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Lixtenşteyni qəbul edəcək, 3 gün sonra isə səfərdə Ermənistanın qonağı olacaq.

Xəbər xətti