"Qələbə qazanmaq istəyirdik. Alınmadı. Ağır dönəmlər keçiririk. Vəziyyəti düzəltməliyik. Çalışacağıq. Yəqin ki, gələcək oyunlarda yaxşı olacaq".
Sportal.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Mübarizə Orucov evdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın 11-ci tur matçından sonra mətbuat konfransında deyib.
- Milli komandaların oyunlarına görə yaranan fasilədə nələrisə düzəltmək alınmadı?
- Bu vəziyyətin səbəbini bilirik. Fərqli iki hissə oldu. İlk hissədə üstün olsaq da, ikinci hissədə alınmadı. Çalışacağıq ki, vəziyyəti düzəldək. Qarşıda oyunlar var. Hələ hər şry itirilməyib. Düzdür, vəziyyət pisdir, ilk sırada olan komandadan uzaqlaşırıq. Yenə də, heç nə bitməyib. İnşallah, komandanı əvvəlki formasına qaytaracağıq.
- Ardıcıl 3 oyundur uduzursuz. Paltardəyişmə otağında vəziyyət necədir?
- Belə məğlubiyyətlərdən sonra məyusluq olur. Düzdür, gərginlik yoxdur. Amma hər kəs məyusdur. Üzərimizdə rəhbərlik tərəfindən təzyiq yoxdur. Ümumi gərginlik var, bunu üzərimizdən atmalıyıq.
- Rəhbərlikdən təzyiq olmasa da, azarkeşlər narazıdır.
- Azarkeşlər daim qələbə istəyir. Bu, normal haldır. Əsəbləşiblər. Amma etikadan kənara çıxmaq lazım deyil. Fanatlar emosional olur və bundan yaranan şeylər olur. Mirabdulla hisslərini cilovlaya bilmədi. Nə baş verdiyini bilmədim. Deyəsən, kimsə onu təhqir edib.