Bundesliqa klubu türk məşqçiyə tapşırıldı

15:59 - 29 Noyabr 2021

Almaniyanın "Herta" klubunun yeni baş məşqisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Tayfun Korkutla anlaşıb. Bu barədə Berlin klubunun rəsmi saytı məlumat yayıb. Türk mütəxəssislə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Tayfun Korkut "Herta"nın baş məşqçisi postunda Pal Dardayı əvəz edib.

Xəbər xətti