Millimizin keçmiş üzvünə 15 oyunluq cəza verildi - Hakimə hədə-qorxu gəlməsinə görə

15:40 - 3 Dekabr 2021

Azərbaycan milli komandasının keçmiş futbolçusu Ramal Hüseynov AFFA İntizam Komitəsi tərəfindən ağır cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, 24.11.2021-ci il tarixində U-16 Liqasının ROFM – “Səbail” matçının 30-cu dəqiqəsində “Səbail” komandasının rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyulur.

 

Qeyd edək ki, Ramal Hüseynov karyerası ərzində "Neftçi", "Qarabağ", "Turan Tovuz", "Kəpəz" kimi klublarda oynayıb.

Xəbər xətti