"Qarabağ" səfərdə daha yaxşı oynayır, "Bazel"ə qalib gələ bilər"

16:12 - 5 Dekabr 2021

Azərbaycanlı futbol veteranı Nazim Əliyev Sportal.az saytına açıqlama verib.

"Qarabağ"ın sabiq futbolçusu və məşqçisi Ağdam klubunun hazırki dcurumu barədə danışıb. O, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Konfrans Liqasının qrup mərhələsinin son turunda "Bazel"lə görüşdə uğurlu nəticəsinə inandığını deyib:

"Bu mövsüm çempionat çox maraqlı gedir, öncədən heç nə bilmək olmur. Gələn il komandalar güclənməlidi ki, avrokuboklara yollananda uğurlu nəticələr əldə etsin. "Qarabağ"ı qarşıda "Bazel"lə oyun gözləyir. Həmişə demişəm, "Qarabağ" səfərdə daha yaxşı oynayır, nəinki evdə. "Bazel"lə evdə 0:0 oynadılar. "Qarabağ" səfərdə sürətli oyunun, top saxlamağın hesabına "Bazel"ə qalib gələ bilər. Onlara uğurlar arzu edirəm".

Xəbər xətti