Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingem cərimələnib.
Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu Bundesliqada "Bavariya" ilə oyundan sonra verdiyi açıqlamaya görə cəzaya məruz qalıb. 18 yaşlı vinger Almaniya futbol Federasiyası tərəfindən 40 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Borussiya"nın "Bavariya"ya 2:3 hesabı ilə məğlub olduğu matçdan sonra Bellingem hakimin ünvanına sərt sözlər demişdi. O, "daha önccə danışılmış oyunlarda iştirak etmiş bir hakim Almaniyadakı ən vacib oyuna təyinat alırsa, nə gözləyirsiniz ki? ifadələrini səsləndirmişdi.
saytlarin hazirlanmasi