"Səbail"in məşqçisi: "Sosial şəbəkədə oyunçular bir-biri ilə zarafatlaşa bilər"

19:39 - 16 Dekabr 2021

"Səbail" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Sabah"a 0:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşamdan sonra baş tutan mətbuat konfransında "dənizçilər"in məşqçisi Vüqar Məmməd jurnalistlərin suallarını cavablandırıb:

 

- İlk qolu buraxdıqdan sonra toparlanmaq bizim üçün çətin oldu. İstəyirdik ki, fasiləyə yaxşı əhval-ruhiyyə ilə gedək. İlk qoldan sonra sistemi dəyişdik. Oyunun gedişatında üstünlüyü əla almaq üçün çox çalışdıq. Təəssüf ki, 2-ci hissə başlayanda gözlənilmədən qol buraxdıq. 0:2-dən sonra nə qədər cəhd etsək də, oyunu dəyişə bilmədik. "Sabah" fiziki baxımdan çox yaxşı komandadır, həm də yüksəlişdədirlər. İtkilərimiz də var idi. Ona görə də çətin oldu.


- Sosial şəbəkələrdə Rahid Əmirquliyevin Kamran Ağayevi məşqə dəvət etməsi ilə bağlı foto yayılmışdı. Bununla bağlı nə deyə bilərsiz?

- Orada iki futbolçu bir-biri ilə zarafat edib. Amma bu gün bildiyiniz kimi Kamran Ağayev zədəlidir. Ona görə oyuna hazırlaşa bilmədi. Sosial şəbəkədə oyunçular bir-biri ilə zarafatlaşa bilər. 


Qış fasiləsində komandada rəhbərlik və baş məşqçi dəyişikliyi olacağı ilə bağlı iddialar var. Siz bu haqda məlumatlısız?

- Biz də bunu sosial şəbəkədən eşitmişik. Bu barədə bizə heç nə deyilməyib. Amma rəhbərliklə danışığımız olub ki, son oyundan sonra qış fasiləsindəki planlarımızla, yeni transferlərlə müzakirə edək.

Xəbər xətti