"Bavariya" milli üzvü ilə danışıqlara başladı

21:46 - 20 Dekabr 2021

Almaniyanın "Bavariya" klubu Kinqsi Komanla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi fransalı vingerə illik 15 milyon avro maaş təklif edib. 25 yaşlı futbolçu isə illik 20 milyon tələb edir. Təeəflər arasında danışıqlar davam edir.

 

Qeyd edək ki, Kinqsli Koman "Bavariya"ya 2017-ci ildə "Yuventus"dan 21 milyon avro qarşılığında transfer olunub. Fransa millisinin üzvü bu mövsüm Almaniya klubunun heyətində meydana çıxdığı 17 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti