Azərbaycan yığmasının futbolçusunun durumu nə yerdədi?

11:09 - 23 Dekabr 2021

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və "Aleksandriya"sının futbolçusu Emil Mustafayev zədəsini sağaldıb.

Sportal.az Ukrayna klubunun saytına istinadən xəbər verir ki, baş məşqçisi Yuri Qura Mustafayevin zədəsini sağaltması barədə məlumat verib.

Mütəxəssis yığmamızın üzvünün hazırda bərpa prosesi keçdiyini deyib. 

Emil U-21 yığmasının heyətində Bakıda Norveçə 1:2 hesabı ilə uduzduğu matçda zədələnmişdi.

Xəbər xətti