"Barselona" "Mançester Siti”nin hücumçusu Ferran Torresin transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, bu barədə hər iki klubun saytı məlumat yayıb.
Kataloniya təmsilçisi 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro dəyərində göstərilib. La Liqa təmsilçisi yeni transferini yanvarın 3-də “Nou Kamp”da azarkeşlərinə təqdim edəcək.
Keçidin “Barsa”ya 55+10 milyon avroya başa gəldiyi bildirilir.