"Bavariya" 4 futbolçusunu itirdi

21:30 - 1 Yanvar 2022

Almaniyanın "Bavariya" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin futbolçuları Manuel Noyer, Kinqsli Koman, Korentin Tolisso və Omar Riçardsın COVİD-19 testlərinin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Koronavirusa yoluxan futbolçular karantinə alınıb.

 

Qeyd edək ki, "Bavariya" Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində yanvarın 7-si Münhenqladbax "Borussiya"sı ilə qarşılaşacaq.

Xəbər xətti