Bundesliqanın ən yaxşıları açıqlandı

16:59 - 3 Yanvar 2022

Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ilk yarısının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Kicker " dərgisinin futbolçular arasında keçirdiyi ənənəvi sorğuda "Bavariya"nın hücumçusu Robert Levandovski hamını qabaqlayıb. Polşalı qolçu 39,7 faiz səs toplayıb.

 

Dortmund "Borussiya"ının hücumçusu Erlinq Haaland 17,9 faizlə 2-ci, "Leyptsiq"dən Kristofer Nkunku isə 10,3 faiz səslə 3-cü olub.

 

Ən yaxşı qapıçı isə 30,3 faiz səs toplayan "Bavariya"nın çərçivə qoruyucusu Manuel Noyer seçilib.

 

Qeyd edək ki, Robert Levandovski Bundesliqanın ilk yarısında meydana çıxdığı 17 oyunda 19 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti