Premyer Liqa klubu baş məşqçisini qovdu

12:02 - 5 Yanvar 2022

Rusiyanın "Krasnodar" klubu baş məşqçi Viktor Qonçarenko ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib. .

 

Qeyd edək ki, Qonçarenko ötən ilin aprel ayında "Krasnodar"ın baş məşqçisi təyin olunmuşdu. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatmalı idi.

 

"Krasnodar" Rusiya Premyer Liqasında 18 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti