"Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə sportstonoto.gr saytı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisinin "Olimpiakos Volou" ilə razılıq əldə etdiyi bildirilir. O, yaxın günlərdə Volou şəhərinə gedərək, tibbi müayinədən keçdikdən sonra II Liqa klubu ilə rəsmi sözləşməyə imza atacaq.
Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir. Müdafiəçi cari mövsümdə "dənizçilər"in heyətində meydana çıxdığı 15 oyunda 1 qol və 1 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi