"Bavariya" ilə məğlubiyyətlə başladı - VİDEO

11:16 - 8 Yanvar 2022

Almaniya Bundesliqasında 18-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun açılış matçında "Bavariya" doğma meydanda Münhenqladbax "Borussiya"sını qəbul edib. 2022-ci ilin ilk qarşılaşması qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

"Bavariya" 43 xalla liderliyini davam etdirir. Xallarını 22-yə yüksəldən "Borussiya" isə turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

"Bavariya" - "Borussiya" 1:2

Qollar: Robert Levandovski, 18 - Florian Noyhos, 27, Ştefan Layner, 31

 

Xəbər xətti