"Bavariya" Fransa millisinin üzvü ilə razılaşdı

18:31 - 11 Yanvar 2022

Almaniyanın "Bavariya" klubu Kinqsli Komanla yeni müqavilə ilə bağlı razılıq əldə edib.

 

Sportal.az xəbər verir ki, tərəflər yaxın günlərdə bir araya gələrək yeni sözləşməyə imza atacaqlar. Bu barədə "Lequipe" nəşri məlumat yayıb.

 

Münhen təmsilçisi Fransa millisinin üzvü ilə 2027-ci ilin yayınadək müqavilə imzalayacaq. 25 yaşlı vinger illik 17 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, Kinqsli Koman cari mövsümdə "Bavariya" forması ilə meydana çıxdığı 17 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti