Rusiyanın ÇSKA klubu türkiyəli futbolçu Yusuf Yazıcını heyətinə qatıb.
Sportal.az xəbər verir ki, Moskva təmsilçisinin 24 yaşlı yarımmüdafiəçinin transferini açıqladığı video qalmaqala səbəb olub.
Videoda əvvəlcə ÇSKA-nın Yusufa davamlı olaraq mesaj göndərdiyi, lakin oyunçunun cavab vermədiyi göstərilib. Bundan sonra isə ÇSKA "Yusuf, bura Rusiyadır. Burada çoxlu Nataşa var" - deyə ismarıc yollayıb. Yusufun bu mesaja "Yoldayam. 5 dəqiqəyə gəlirəm" - şəklində "cavabı" yayımlanıb.
Azarkeşlərin reaksiyasından sonra video silinib. Moskva klubunun televiziyasını əməkdaşı Katerina Kirilçeva üzrxahlıq mesajı yayımlayıb: "Azarkeşlərimizdən, xüsusilə qadınlardan və Yusufdan üzr istəyirik".
Qeyd edək ki, ÇSKA Yusuf Yazıcını Fransanın "Lill" klubundan mövsümün sonunadək icarəyə götürüb.
saytlarin hazirlanmasi