"Bavariya" Berlində darmadağınla qalib gəldi - VİDEO

13:06 - 24 Yanvar 2022

Almaniya Bundes Liqasında 20-ci turun oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, lider "Bavariya" Berlində "Herta"nın qonağı olub. Qarşılaşma Münhen təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 49-a yüksəldən "Bavariya" liderliyini davam etdirir. "Herta" isə 22 xalla 13-cü yerdədir.

 

"Herta" - "Bavariya" 1:4

Qollar: Yurgen Ekkelenkamp, 80 - Korentin Tolisso, 25, Tomas Müller, 45, Leroy Sane, 75, Serji Qnabri, 79

 

Xəbər xətti