"Zirə" Şimali Makedoniya klubu ilə bərabərə qaldı

19:14 - 24 Yanvar 2022

Türkiyənin Antalya şəhərində toplanışda olan "Zirə" növbəti yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Şimali Makedoniyanın "Breqalniça" klubu ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

"Zirə" ilk yoxlama matçında Macarıstan "Peç"inə 3:5 hesabı ilə məğlub olub, "Qurnik"lə (Leçna) bərabərə qalıb - 2:2.

24 yanvar

"Zirə" – "Breqalniça" - 1:1
Qollar:
Volkov, 14 – Duyovski, 5

Xəbər xətti