"Çelsi" "Sevilya"ya 46 milyon təklif etdi

20:06 - 25 Yanvar 2022

"Çelsi" heyətini fransalı futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, "zadəganlar" "Sevilya" forması geyinən Julye Kundeni transfer etmək niyyətindədi.

"Çelsi" Əndəlusiya klubunda çıxış edən müdafiəçi üçün 46 milyon funt sterlinq ödəməyə hazırdı. Artıq danışıqlara start verilib.

İngilislər Kundenin keçidini həll etsə belə, o, ən yaxşı halda yayda komandanın düşərgəsinə qoşula biləcək.

23 yaşlı futbolçu 2019-cu ildə “Bordo”dan “Sevilya”ya keçmişdi.

Xəbər xətti