"Bavariya" türk hücumçu ilə müqavilə imzaladı

22:14 - 10 Fevral 2022

Almaniyanın "Bavariya" klubu türk əsilli futbolçu Yusuf Kabadayı ilə peşəkar müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 10 ildir "Bavariya"nın akademiyasında olan 18 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.

 

Qeyd edək ki, Yusuf Kabadayı Almaniyanın U-18 millisində çıxış edib.

 

Resim

Xəbər xətti