"Borussiya" "Bavariya"ya yaxınlaşdı - VİDEO

13:34 - 14 Fevral 2022

Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Borussiya" səfərdə "Yunion Berlin"in qonağı olub. Lider "Bavariya"nın xal itirdiyi həftədə Dortmund təmsilçisini rəqibini 3:0 hesabı ilə məğlub edib.

 

Xallarını 46-ya yüksəldən "Borussiya" "Bavariya"dan 6 xal geridə olmaqla 2-ci pillədə qərarlaşıb. "Yunion Berlin" isə 34 xalla 7-cidir.

 

"Yunion Berlin" - "Borussiya" 0:3

Qollar: Marko Roys, 18, 25, Rafael Gerreyro, 71

 

Xəbər xətti