"Səbail" yeni yarımmüdafiəçi ilə gücləndi

11:51 - 19 Fevral 2022

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Tural Bayramlını heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Tural Bayramlı ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, paytaxt klubunda 39 nömrəli forma ilə çıxış edəcək.

 

24 yaşlı futbolçu son olaraq Yunanıstanın "Pierikos" klubunda çıxış edirdi.

Xəbər xətti