Azərbaycanda işləmiş məşqçi Premyer Liqa klubunda

12:42 - 23 Fevral 2022

Rusiyanın "Ximki" klubunun yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin "sükan"ı Sergey Yurana tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 1,5 illik razılaşma əldə edilib.

Yuran 2011/2012 mövsümündə Zaqatalanın “Simurq” klubunu çalışdırıb.

"Ximki"də azərbaycanlı futbolçu İlya Sadıxov çıxış edir.

Xəbər xətti