Rusiyalı idmançı "müharibəyə yox" dedi - VİDEO

11:15 - 26 Fevral 2022

Rusiyalı tennisçi Andrey Rublyov ölkəsinin Ukraynaya hərbi müdaxiləsinə etirazını bildirib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı idmançı Dubayda baş tutan turnirdə polşalı Hubert Hurkaçı 3:6, 7:5, 7:6-lıq setlərlə 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Tennisçi onu çəkən kameranın şüşəsinə "müharibəyə yox" şüarını yazıb.

 

Qeyd edək ki, daha əvvəl Rusiya millisinin və "Lokomotivin" futbolçusu Fyodor Smolov və Türkiyənnin "Antalyaspor" klubunda çıxış edən Fyodor Kudryaşov da sosial şəbəkə hesablarında müharibəyə etirazlarını bildirmişdi.

 

Xəbər xətti