ÇSKA-dan ayrıldı: "Rus ordusunun klubunda davam etməyimin mümkün olmadığını düşünürəm"

15:50 - 26 Fevral 2022

Moskvanın ÇSKA klubunda çıxış edən gürcüstanlı basketbolçu Tornike Şengeliya ayrılıq qərarı verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı idmançı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu qərara gəlib. Şengeliya rus ordusunu təmsil edən klubda oynamaq istəmədiyini bildirib:

 

"Rusiyanın Ukraynanı işğalına etiraz edirəm və rus ordusunun klubu olan ÇSKA-da davam etməyimin mümkün olmadığını düşünürəm. Ukrayna üçün dua edirəm",

 

Tornike Şengeliya ailəsi ilə birlikdə Moskvadan ayrılıb və İspaniyaya gedib.

Xəbər xətti