UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Leypsiq" - "Spartak" matçlarını ləğv edib.
Sportal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. UEFA Moskva klubuna texniki məğlubiyyət verib və Almaniya təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Daha əvvəl "Spartak" - "Leypsiq" matçının Bakıda keçiriləcəyi bildirilirdi.